Ukraynanı danışıqlar masasında onlar təmsil edəcək – Zelenski adları açıqladı

Ukraynanı danışıqlar masasında onlar təmsil edəcək – Zelenski adları açıqladı

Gələn həftə Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə keçiriləcək görüşdə Ukraynanı təmsil edəcək şəxslər məlum olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında məlumat yayıb.

Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov, Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa təmsil edəcək.

“Biz öz tərəfimizdən konstruktiv dialoqa tam sadiqik və ümid edirik ki, lazımi qərar və addımları müzakirə edib razılaşdıracağıq”, – Zelenski əlavə edib.

Zelenski özü də Səudiyyə Ərəbistanına səfər edəcəyini və Salman bin Əbdüləziz Al Səudla görüşəcəyini açıqlayıb, lakin o, nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

Aysel Əliyeva
Globalinfo.az