ABŞ ərazi suları yaxınlığında Rusiya hərbi gəmisi görünüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Gəminin oktyabrın 26-da Havay adasının Oahu adasından 28 kilometr cənubda göründüyü bildirilir.
“ABŞ Sahil Mühafizəsinin “HC-130 Hercules” təyyarəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin “Kareliya” kəşfiyyat gəmisinə cavab verib.
Beynəlxalq hüquqa əsasən, xarici hərbi gəmilərin sahildən 12 dəniz milinə qədər (təxminən 22,2 kilometr) uzanan digər ölkələrin ərazi sularından kənara keçməsinə icazə verilir. Hazırda ABŞ Rusiya gəmisinin fəaliyyətinə nəzarət edir”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az