Putinin hərbi əməliyyatlara alternativi var idi – Lukaşenko

Putinin hərbi əməliyyatlara alternativi var idi – Lukaşenko

Vladimir Putinin hərbi əməliyyatlara başlamaq qərarı NATO-nun genişlənməsi təhdidlərinə görə deyildi. 

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Seçim hər zaman var və ola bilsin ki, Putinin də alternativi var idi. Lakin burada məsələ NATO-nun şərqə doğru genişlənməsi deyildi, Ukraynada formalaşan təhdidlər idi”, – Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, Putin Kiyevlə NATO məsələləri, demilitarizasiya, rus dilinin sıxışdırılmaması və münaqişəyə son qoyulması ilə bağlı razılığa gəlmək üçün danışıqlara təşəbbüs göstərib.

Aysel Əliyeva
Globalinfo.az