Edip Akbayram vəfat etdi

Edip Akbayram vəfat etdi

Türkiyəli müğənni Edip Akbayram vəfat edib.

Globalinfo.az xəbər verir ki, 75 yaşlı sənətçi İstanbulda yerləşdiyi xəstəxanalardan birində vəfat edib.

Sətəlcəm xəstəliyindən əziyyət çəkən müğənni daxili qanaxma səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Yanvarın 4-dən müalicəsi davam edən Edip Akbayram poliorqan çatışmazlığından bu gün saat 19.30-da dünyasını dəyişib.

Edip Akbayramın “Aldırma gönül”, “Hasretinle yandı gönlüm”, “Kibar gelin” və s. kimi mahnıları məşhurdur.