Qərb dövlətlərinin öz “kuklalarını” dəstəkləməsi illüziyadır.
Globalinfo.az xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei sosial şəbəkə hesabında yazıb.
O, bunu Ukraynadakı situasiyadan çıxarılmalı olan ilk dərs kimi qiymətləndirib.
Xamenei fikirlərini Ukrayna dilində qeyd edib:
“ABŞ və Avropaya güvənən ölkələr diqqətlərini Kiyevdəki situasiyaya yönəltməlidirlər”.
Xatırladaq ki, İran rəsmi olaraq Ukrayna müharibəsində bitərəf olduğunu bildirsə də, Moskvaya PUA və raket tədarükü həyata keçirir. Rəsmi Kiyev isə Tehranın bu addımlarını qəti pisləyib.
Əliyar Xəlil
Globalinfo.az














