
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Sözügedən görüntüləri təqdim edirik:









***09:56
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağımız yarıyadək aşağı endirilib.
Globalinfo.az xəbər verir ki, bu gün saat 17:00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.





