azal

Bu gün texniki səbəblərə görə təxirə salınan AZAL-ın J2 8230 nömrəli reysinin təyyarəsi Tbilisidən Bakıya istiqamət götürüb.

Globalinfo.az xəbər verir ki, təyyarə Tbilisi aeroportundan saat 20:15-də havaya qalxıb.

***15:49

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.

Bu barədə Globalinfo.az-a AZAL-dan bildirilib.

Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk. Yaxın saatlarda təyyarənin Bakıya yola düşməsi gözlənilir”, – deyə aviaşirkət bəyan edib.

Paylaş: