“Real Madrid”ə Bellinqemlə bağlı pis xəbər: 12 oyun cəza…

"Real Madrid"ə Bellinqemlə bağlı pis xəbər: 12 oyun cəza...

İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Marca” yazıb.

Bildirilib ki, buna səbəb Bellinqemin “Osasuna” ilə matçda hakimi təhqir etməsidir.

La Liqa qaydalarına görə, bunu edən futbolçu 4 oyundan 12 oyuna qədər cəzalana bilər.

Qeyd edək ki, La Liqanın XXIV turunda “Real Madrid”-“Osasuna” oyunu 1:1 hesabı ilə başa çatıb.

Zaira Akifqızı
Globalinfo.az