rustem

“Kiyev müharibənin bitməsi üçün Moskva ilə danışıqlara hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.

“Əgər ABŞ və Avropanın bizi atmayacağına, əksinə təhlükəsizlik təminatı verəcəklərinə əmin olsaydıq, o zaman mən istənilən danışıqlar formatına hazır olardım. Ədalətli sülh bizim üçün vacibdir, amma gəlin müəyyən addımlar ataq. Sadəcə təhlükəsizlik zəmanəti olacağı halda, müharibənin qaynar nöqtəsində döyüşlərin dayandırılmasından danışmaq mümkündür”, – Umerov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Rusiyaya səfər edib. Səfərdən sonra açıqlama yayan Tramp, tərəflər arasında danışıqların konstruktiv keçdiyini bildirib. Amma o, müzakirələrə Ukraynanın cəlb edilib-edilməyəcəyini açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: