Rusiya Prezidenti Vladimir Putin danışıqlar əvəzinə müharibəni davam etdirmək üçün hazırlıq görür.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Telegram” kanalında videomüraciətini paylaşan Zelenski rusiyalı həmkarının 100 mindən çox əsgər topladığını deyib.
“Bunun yalnız bir anlamı var: hər bir Avropa ölkəsi müdafiəsini gücləndirməlidir”, – deyə o, qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














