Rusiya adi silahlarla hücuma belə cavab verəcək – Putindən qərar

Rusiya adi silahlarla hücuma belə cavab verəcək - Putindən qərar

Rusiya və Belarusa hücum ediləcəyi və bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaranacağı halda Rusiya nüvə silahından istifadə edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi Belarusla təhlükəsizlik zəmanəti haqqında müqavilədə əksini tapıb.

Müqavilədə qeyd olunur ki, adi silahlarla belə hücum olarsa, Rusiya nüvə silahından yararlana bilər.

Globalinfo.az