ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) tənqid edən Prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu haqda AP məlumat yayıb.
Məlumatda bildirilib ki, ABŞ rəhbəri bunu yaxın günlərdə elan edəcək.
“Agentliyin veb-saytı ötən şənbə günündən fəaliyyətini dayandırıb, Qurumun rəsmi “X” hesabı da artıq bağlanıb. Adının yazıldığı lövhələr isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırılıb. İşçilərə də qərərgahın bağlandığı və distant işlənəcəyi deyilib”, – məlumatda qeyd edilib.
Agentlik yazır ki, USAID-nin azı 56 yüksək vəzifəli əməkdaşı məzuniyyətə buraxılıb.