c3f05fa4 218a 306e a81d 5371f6ef9930

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, – paylaşımda bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

8ef5ed8a 4312 347c 95c1 60b4b9a4e35a 311aea68 7f93 395b 9af1 49c3e9653a19 aafb1bea d92b 3033 9c9c e235b8e9dea9 850

Paylaş: