fto

“Dəmir Yumruq” Ağır Atletika Klubunun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev 16 yaşdan yuxarı idmançılar arasında Ağırlıq qaldırma üzrə Respublika çempionatında qalib olan idmançıları və klubun baş məşqıçisini təbrik edib.

Globalinfo.az bildirir ki, “Dəmir Yumruq” Ağır Atletika Klubunun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında bunları yazıb:

“Şəkinin “Dəmir Yumruq” Ağır Atletika Klubunun idmançısı Ələmgül Yusifzadə 16 yaşdan yuxarı idmançılar arasında Ağırlıq qaldırma üzrə Respublika çempionatının qalibi olub. Ələmgül Yusifzadəni çempion adı qazanması münasibətilə təbrik edir və yeni- yeni uğurlar arzulayıram. Klubun baş məşqçısı, idman ustası Cumay Camalova dərin minnətdarlığımı bildirir və klub üzvlərinə daha böyük qələbələr arzulayıram.”

media 1 6023w9ezuicl4sjq785n media 2 9skv6pet0hil27f4uwg8

 

Paylaş: