“Qazaxıstan Baş Prokurorluğu Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev jurnalistlərə açıqlamasında deyib.
O, araşdırma prosesinə ən təcrübəli əməkdaşların cəlb olunduğunu bildirib:
“Proses davam edir, ən təcrübəli əməkdaşlarımızdan ibarət istintaq qrupu təşkil edilib. Ekspertiza təyin olunub, bu, heç də asan məsələ deyil, biz nəticələri gözləyirik”.
Daha əvvəl Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev ölkənin Nəqəliyyat Nazirliyi, Baş Prokurorluq və hüquq-mühafizə orqanlarının araşdırmanı birlikdə apardığını açıqlamışdı. Bu həftə ilkin nəticələrin elan edilə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, ötən ilin dekabrın 25-də AZAL-ın”Embraer 195″ sərnişin təyyarəsi Rusiyaya məxsus “Pansir” raketi ilə vurulduqdan sonra Aktau yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər sağ çıxarılıb.
Əliyar Xəlil
Globalinfo.az