Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Prezident Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
Globalinfo.az xəbər verir ki, bu, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.
Məlumata görə, nümayəndə heyəti Suriya hakimiyyəti ilə iki ölkə arasında gələcək əməkdaşlıqla bağlı danışıqlar aparmağı, həmçinin regionda sabitliyin formalaşması üçün lazımı məsələləri müzakirə etməyi planlaşdırır.