WhatsApp Image 2024 09 15 at 14.43.43

“Rusiya artıq Ermənistanın mövcud hakimiyyətinə dözməyəcəyi ilə bağlı qərarını verib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Bizim üçün Lukaşenkonun dediklərində yeni heç nə yoxdur. O bu bəyanatları verəndə Rusiya prezidentinə istinad edir. Moskva bəyan edir ki, hazırkı Ermənistan hökuməti Avropa və ABŞ-a arxalana bilməz. O, tək qalıb, yeganə ümidi Türkiyə və Azərbaycandır”, – Danielyan bildirib.

Politoloqun iddiasına görə, Türkiyə və Azərbaycanın növbəti tələbi Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların bura yerləşdirilməsi olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: