times of israel yazdi netanyahu ilk kez resmi olarak kabineye savasin ertesi gunu plani sundu bb8e

“Dünən girov dəyişdirilməsinin ikinci mərhələsinin icrası zamanı HƏMAS iki qanun pozuntusuna yol verib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, HƏMAS əldə olunmuş atəşkəs razılaşmasını pozub:

“Şənbə günü azad edilməsi planlaşdırılan mülki girov Arbel Yehud azad edilməyib və bütün girovların statuslarının ətraflı siyahısı təqdim edilməyib”.

Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və “HƏMAS” hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: