Qrenlandiyanı yalnız bu ölkə ala bilər: 1917-ci ildəki müqavilə…

Qrenlandiyanı yalnız bu ölkə ala bilər: 1917-ci ildəki müqavilə...

“Qrenlandiya satılarsa, Böyük Britaniya onu almaq hüququna malikdir”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Danimarkanın Qrenlandiya üzrə keçmiş naziri Tom Heim bildirib.

“Əgər ABŞ Prezidenti Donald  Tramp Qrenlandiyanı almağa cəhd etsəydi, əvvəlcə Londondan soruşmalı olardı. 1917-ci ildəki müqaviləyə əsasən Qrenlandiya satılarsa, Böyük Britaniya onu almaq hüququna malik olmalıdır”, – deyə keçmiş nazir qeyd edib.

Məlumata görə, 1917-ci il müqaviləsində o vaxtkı ABŞ prezidenti Vudro Vilson Qrenlandiyanın Danimarka adası olduğuna və həmişə belə olacağına razılaşıb.

Safura Bənnayeva
Globalinfo.az