Türkiyənin Ordu şəhərində hazırlanan 1301 dondurma Ginnesin Rekordlar Kitabına düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Təamlar “ən çox növdə dondurma” kateqoriyası üzrə dünya rekordunu qırıb. Dondurmaların nümayişi üçün 125 metrlik masa qurulub. Ginnesin Rekordlar Kitabının Türkiyədəki hakimi və nümayəndəsi hazırlıq işlərinin qaydalara uyğun olmasına nəzarət edib və sonda rekordun yenilənməsi qeydə alınıb. Xatırladaq ki, daha öncə dünya rekordu 1001 dondurma növü ilə Əbu-Dabidə qeydə alınmışdı.

Əliyar Xəlil
Globalinfo.az