qezaz 01

Xaçmazda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. S.Qədirov yolda vəfat edib.

***12:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

X X X

Xaçmazda yük avtomobilləri toqquşub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verib.

“İveco” markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Ford”-un sürücüsü Samil Qədirov ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu çıxaraq təcili tibbi yardım briqadasına təhvil verib.

O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO Xaçmazda yük avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB - VİDEO

Paylaş: