Moskvanın Kutuzovski prospektində yaşayan aktyor Qoşa Kutsenkoya məxsus “Zaporojets” markalı avtomobildə çoxsaylı bıçaq zərbələri almış qadın meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
Məlumata görə, aktyor həmin maşından uzun müddətdir istifadə etmirmiş:
“Aktyor avtomobili 2019-cu ilin iyununda alıb və demək olar, istifadə etməyib. Avtomobilin qapıları açıq olduğundan qadının cəsədi ora atılıb. Onun şəxsiyyəti müəyyənləşdirilir, mərhumun 30-35 yaşlarında olduğu bildirilir”.
Qatilin qadına ən azı 12 bıçaq zərbəsi vurduğu bildirilir. O, aktyorun tərk edilmiş avtomobilinin qapısını sındıraraq qadının meyitini maşına yerləşdirib.
Cinayətdə şübhəli bilinən 30 yaşlı Albert Abdullin saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Safura Bənnayeva
Globalinfo.az