Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Moskvada qlobal və regional siyasət məsələlərini müzakirə edəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi baza və uzunmüddətli perspektivlər yaradacaq.
Əsas diqqət Qafqazdakı, Yaxın Şərqdəki vəziyyətə, o cümlədən Suriya, Fələstin-İsrail münaqişəsinə, eləcə də İranın nüvə proqramının gələcəyinə yönəlib. Danışıqların nəticələrindən biri də hərtərəfli strateji tərəfdaşlığa dair yeni sazişin imzalanması olacaq.
Sənəddə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin hüquqi bazası və uzunmüddətli perspektivləri müəyyən ediləcək. Kremlin fikrincə, bu, ikitərəfli əlaqələrin yeni səviyyəyə qalxdığını göstərir. Moskvada keçirilən danışıqlarda Rusiya və İranın regional böhranların həllində öz rollarını və qarşılıqlı strateji əməkdaşlığı gücləndirmək səyləri vurğulanır.
Müşviq Tofiqoğlu
Globalinfo.az