Afaq Bəşirqızı Çimnaz haqda: “Bəzi məsələlərə vaxtında riayət etmək lazımdır ki…”

Afaq Bəşirqızı Çimnaz haqda: “Bəzi məsələlərə vaxtında riayət etmək lazımdır ki...”

Bağırsaq xərçəngindən dünyasını dəyişən aktrisa Çimnaz Sultanova haqda sosial şəbəkələrdə, mediada müzakirələr davam edir. Ölümündən sonra ona qarşı bir aqressiyanın, neqativ münasibətin olduğu nəzərə çarpır.

Bir çoxları onun açıq-saçıq geyindiyini, efirə yaraşmayan açıqlamalar verdiyini xatırladırlar. Bir qisim isə Ç.Sultanovanın artıq haqq dünyasında olduğunu deyib, insanları pis şərh yazmaqdan çəkindirməyə çağırır.

Globalinfo.az-a danışan Xalq artisti Afaq Bəşirqızı Çimnaz Sultanovanı ümumiyyətlə tanımadığını bildirib.

O, ölən insan haqda neqativ fikirlər səsləndirməyin günah və ayıb olduğunu vurğulayıb:

“Əvvəla, ölənin arxasınca danışmazlar. Bu, Qurandan, Allahdan gələn göstərişdir. Bir adam öldüsə, məsələ bağlandı. Artıq onun hesabatı Tanrı ilədir. Amma aktrisa da bilməlidir ki, hansı millətdəndir, nədir, necədir. Açığı, vallah, o aktrisanı tanımıram. Nə dərəcədə açıq-saçıq geyindiyini də bilmirəm. Öldükdən sonra arxasınca irad bildirməyimiz isə heç doğru deyil. Ölüb, Allah rəhmət eləsin. Sadəcə, insan gərək olmazlara zamanında riayət eləsin ki, sonra da bu kimi tənqidlər, iradlar yaranmasın”.

Leyla Əlisoy
Globalinfo.az