Azərbaycanlı müğənni: “Yanğın oğlumun evinə yaxınlaşır”

Azərbaycanlı müğənni: “Yanğın oğlumun evinə yaxınlaşır”

Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edib.

O, oğlunun təxliyə ediləcəyini bildirib.

Qeyd edək ki, müğənninin iki oğlu uzun müddətdir, Los-Ancelesdə yaşayır.

Xatırladaq ki, m​​​​​​eşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. Artıq ABŞ Prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Təbii fəlakət zamanı bir çox Hollivud ulduzunun da malikanəsi yanıb.