Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı

Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı

7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükləri müvəqqəti dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bulqarqaz” məlumat yayıb.

Bildirilib ki, texniki səbəblərə görə dayandırılan tədarüklərin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

“Bulqarqaz” müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.