4d1a7530 3f7e 3857 ae0a 914373aa7f13 850

Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu olub.

Globalinfo.az  xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

“Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib”, – məlumatda qeyd ounub.

Məlumata görə, xəsarət alanlar arasında iki hamilə qadın olub.

Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.

Paylaş: