Suriyada 2 minə yaxın Amerika əsgəri var.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (PENTAQON) mətbuat katibi Patrik Rayder məlumat yayıb.
“Bu gün Suriyada faktiki olaraq iki minə yaxın Amerika əsgəri xidmət edir”, – deyə Rayder vurğulayıb.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, ABŞ Suriyadakı münaqişə tərəflərinin ölkədəki vəziyyətdən öz məqsədləri üçün istifadə etməsinə imkan verməyəcək. Tərəflər öz maraqlarını irəli sürmək üçün mövcud qeyri-sabit vəziyyətdən istifadə etməməlidirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az