rusiya

 Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmiryolunun bərpasının necə olacağı ilə bağlı ümumi anlayış əldə olunub.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, nizamlama məsələsində Azərbaycan və Ermənistanla ciddi nəticələr əldə etdiklərini bildirib:

“Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh sazişinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz, həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiya və demarkasiyasının, eləcə də Bakı və İrəvan arasında əlaqələrin artıq yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq”.

Paylaş: