1728825082 7151ef35 d66c 34a0 b554 f54824d616f7 850

“İran əsas regional oyunçuları Suriyada terrorla mübarizədə səy göstərməyə çağırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçı Suriyada terrorizmin dirçəlməsi və bölgədə yayılmasının regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradacağını bildirib. Ona görə də, regional oyunçuları təhlükənin qarşısını almaq üçün səy göstərməyə çağırıb.

Araqçı Tehranın terror qruplaşmalarına qarşı mübarizədə Suriya hökuməti, ordusu və xalqını dəstəklədiyini diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: