file 223b7412ad62df630d098b478db13a77

“İndiki son dərəcə çətin vəziyyətdə Rusiya ilə dialoq heç təmas etməməkdən daha yaxşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın “Mİ6” xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçard Dirlov “Sky News”a müsahibəsində deyib.

O bildirib ki, Avropa artıq Rusiya ilə müharibə vəziyyətindədir. Keçmiş kəşfiyyatçı Rusiya ilə mehriban münasibətləri bərpa etməyə çağırıb.

“Məncə, bu, əsl müharibədir. Ona görə də, Rusiya ilə dialoq gərginliyindaha da artmasının qarşısını almaq üçün lazımdır. Lakin Rusiya Qərblə dialoq aparmağa hazırdırmı?. Bu suala cavab vermək çətindir”, – deyə Dirlov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: