Türkiyədə zəfəranın kəskin bahalaşması səbəbindən təhlükəsizlik orqanları hərəkətə keçib.
Globalinfo.az xəbər verir ki, yerli media zəfəranın kiloqramının bu il 450 min lirəni (22 min manat) keçməsi səbəbindən oğurluq hallarının artdığını yazıb.
Ədviyyat və yağ kimi istehlak edilən bu məhsulun kiloqramı keçən il 300 min lirəyə olduğu halda, bu il 450 min lirədən satışa çıxarılıb. Dünyanın bir çox ölkəsinə ixrac edilən məhsul qiymətinə görə oğruların bir nömrəli hədəfinə çevrilib.
Diqqətçəkən məqam zəfəran tarlalarında hətta dronların havaya qaldırılması, jandarmanın oğurluq hallarına qarşı prosesə cəlb olunmasıdır. Artıq jandarma tarlalarda baş verə biləcək oğurluq hallarına qarşı gecə-gündüz keşik çəkməyə başlayıb.
Safura Bənnayeva
Globalinfo.az