WhatsApp Image 2024 01 09 at 23.06.38

“2025-ci ildə dövlət büdcəsindən əsaslı xərclərin 55,85 faizi müdafiə sektoruna yönəldiləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

Onun sözlərinə görə, növbəti il Ermənistan ordusu üçün ayrılan xərclər 664,7 milyard dram (1,7 milyard dollar) təşkil edəcək.

“Bu rəqəm 2024-cü illə müqayisədə 20 faiz yüksəkdir. Nəticədə müdafiə xərcləri ümumi daxili məhsulun 6 faizini təşkil etmiş olacaq”, – nazir bildirib.

Qeyd edək ki, sülh danışıqlarının getdiyi ərəfədə Ermənistanın ordunu gücləndirməsi rəsmi İrəvanın eskalasiya hazırlığı içində olması barədə iddiaların yayılmasına səbəb olur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: