Türkiyədə baş verən terrorla bağlı mediaya yayım qadağası qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Əbubəkir Şahin açıqlama verib.
Açıqlamada bildirilib ki, TUSAŞ-ın Qəhrəmankazan obyektlərinə edilən terror hücumundan sonra müvafiq məhkəmə tərəfindən mediaya yayım qadağası ilə bağlı qərar qəbul edilib.
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi də TUSAŞ-da baş verən terrorla bağlı yalnız rəsmi mənbələrin verdiyi informasiyalara inanmağa, əsassız iddiaları tirajlamaqdan çəkinməyə çağırıb.