Erməni vikipediyaçılara qalib gələ bilərik – Fazil Mustafa

Erməni vikipediyaçılara qalib gələ bilərik - Fazil Mustafa

23 ildir mövcud olan Vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:

“Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni vikipediyaçılara bu məsələdə də qalib gələ bilərik”.