“FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümü Türkiyənin ABŞ-la münasibətlərinə müsbət təsir göstərə bilər”.
Globalinfo.az xəbər verir ki. bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Boris Dolqov deyib.
O bildirib ki, Gülənin fəaliyyəti Türkiyə ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına müəyyən qədər maneə yaradırdı. Çünki Türkiyə Güləni hakimiyyəti devirməyə cəhddə ittiham edirdi. Amma Gülənin ölümü ilə münasibətlərin istiləşməsi mümkündür.
Dolqovun sözlərinə görə, bu yaxınlaşma Türkiyənin Mokva ilə münasibəttlərinə və BRİKS-ə yanaşmasına təsir göstərməyəcək.
“Biz bilirik ki, Səudiyyə Ərəbistanı da BRİKS-in bir hissəsidir. Lakin Səudiyyə Ərəbistanı əsasən ABŞ-ın təsiri altındadır. Çünki BRİKS hələ də maliyyə və iqtisadi yönümlü bir təşkilatdır. Üstəlik BRİKS heç kimə və heç bir bloka qarşı yönəlməyib. Bu, avtomatik olaraq anti-Amerika kursuna gətirib çıxarmır”, – deyə Dolqov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az