Makrondan Netanyahuya: “İsrailin necə yarandığını unutma!”

Makrondan Netanyahuya: "İsrailin necə yarandığını unutma!”

Benyamin Netanyahu unutmamalıdır ki, İsrail ölkə olaraq BMT-nin qərarı ilə yaradılmışdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İsrail tərəfinin narazılığı ilə bağlı açıqlamasında deyib.

“Cənab Netanyahu bilməlidir ki, ölkəsi BMT-nin qərarı ilə yaradılıb və buna görə, o, BMT qərarlarını pozmamalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, İsrail BMT-nin əleyhinə kəskin bəyanatlar verir, İsrail XİN başçısı isə BMT Baş katibi Antonio Quterreşin ölkəyə girişini qadağan edib.