israil iran krizinde gunun one cikan gelismeleri ve analizleri pacv

İranın İsrailə raket hücumundan sonra bütün diqqət Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinin necə olacağına yönəlib.

İran ətrafında halqa daralır, yoxsa Tehran gözlənilən hücumdan yayına bildi? İsrailin İrana qarşı cavab hücumu olacaqmı?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, İsrailin İrana cavab zərbəsi endirməsi qaçılmazdır:

“Lakin konkret vaxt demək çətindir: bu gün də ola bilər, bir ay sonra da. Əsas məsələ odur ki, İsrail İrana cavab verəcək.

İran böyük müharibənin baş verməsini istəmir. Hətta deyərdim, total müharibədən yayınmağa çalışır, amma tərəflər arasında gərginlik səngiməyəcək. Hələ bir müddət bu prosesin şahidi olacağıq. Xüsusilə İsrail cavab zərbəsi vurduqdan sonra İranın da buna reaksiyası maraqlıdır. Cavab zərbəsinin şiddətindən asılı olaraq Tehranın nə edəcəyi məsələsi gündəmə gələcək”.

ferid sefiyev

F.Şəfiyev deyib ki, İran-İsrail gərginliyinin gələcəyi ABŞ-dakı prezident seçkilərindən (5 noyabr) asılıdır:

“Hesab edirəm, Donald Tramp prezident seçilsə, İrana qarşı müxtəlif əməliyyatlar baş tuta bilər. Bu, İsrailin də işinə yarayır. Belə ki, Təl-Əviv də İranın nüvə obyektlərini vurmaq, sıradan çıxarmaq istəyir. İran da bunu yaxşı başa düşür və birbaşa toqquşmadan yayınmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: