Oktyabrın 15-də saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində qəza törədib, nəqliyyat vasitəsi su kanalına aşıb.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.














