05b64199 7fae 3da2 8804 fd648911027a 850

BMT sülhməramlıları İsrailin tövsiyəsi ilə Livanın cənubundakı mövqelərini tərk etməyiblər.

Globalinfo.az xəbər verir ki, bunu sülhməramlı qüvvələrin nümayəndəsi Andrea Tenenti deyib.

“İsrail ordusu bizdən Mavi Xətt boyunca mövqelərimizi tərk etməyimizi istədi. Lakin biz yekdilliklə burada qalmağa qərar verdik, çünki bu zonada BMT bayrağı dalğalanmalıdır”, – o vurğulayıb.

 

Paylaş: