
İsrail qüvvələri Dəməşqə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatında deyilir.
Bildirilir ki, İsrailin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və Hizbullah hərəkatına bağlı binaya hücumu nəticəsində ikisi Suriya vətəndaşı olmaqla 7 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.
“Hücum İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah liderlərinin tez-tez ziyarət etdiyi binaya edilib. İsrailin təcavüzü Dəməşqin Mezze bölgəsindəki yaşayış binasına yönəlib”, – deyə məlumatda vurğulanıb.
Məlumata görə, zərbənin endirildiyi ərazinin yaxınlığında İran səfirliyinin binası yerləşir.
Müşviq Tofiqoğlu
Globalinfo.az