Bu gün axşam saatlarında Hacıqabulda “Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.
Globalinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü İmran Nəbi oğlu Quluzadə və onun qardaşı, 1985-ci il təvəllüdlü Anar Nəbi oğlu Quliyev ağır xəsarət alıblar.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.