Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanı qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan-Rusiya münasibətlərini və regional gündəlikdə duran məsələləri müzakirə ediblər

“Rusiya-Ermənistan münasibətlərinin bəzi detalları və regional gündəm müzakirə olunub. Lavrov Arsenyanı diplomatik missiyanın rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib”, – məlumatda deyilir.

Xatırladaq ki, Qurgen Arsenyan avqustun 14-də Ermənistanın Rusiyaya səfiri təyin edilib. Əvvəllər Arsenyan deputat kimi bir sıra anti-Rusiya bəyanatları ilə çıxış edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: