8a4f67eb a9ef 3384 98b2 ec857dcf6c0c 850.jfif

BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edib.

Elnur Məmmədov Azərbaycanın müxtəlif yaradıcı və sülhyönümlü layihələrin həyata keçirilməsi yolu ilə sülh, tolerantlıq və dinc yaşama mədəniyyətinin təşviqi üzrə qlobal səylərə töhfə vermək səylərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupu ilə sıx əməkdaşlığını davam etdirməyə hər zaman hazırdır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçmiş münaqişənin dağıdıcı humanitar və mədəni nəticələrinin aradan qaldırılması ilə yanaşı Ermənistanla sülh prosesinin təşviqi istiqamətində də fəaliyyəti qeyd olunub.

7183831e e83c 3e84 b7eb 8c8b81549785 09c0ba4d 704c 301f bea2 e58a46ae624b d341a7a3 aa46 31f8 ab91 e0c64e448ead

Paylaş: