Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, – məlumatda deyilir.