Yaxın günlərdə Ermənistan mətbuatında anti-Rusiya təbliğatına start veriləcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, yeni təbliğatın əsas hədəfi Rusiya sülhməramlıları olacaq. Qəzet yazır ki, Paşinyan Təhlükəsizlik Şurasının son iclasından sonra artıq özünün informasiya blokuna məsul olan partiyadaşları ilə görüşüb:
“Paşinyan xüsusilə Qarabağdakı situasiyanın şərh edilməməsi barədə ciddi tapşırıq verib. O bu barədə məsələnin yalnız parlamentin növbədənkənar iclasında qaldırılması gərəkdiyini bildirib. Mənbəmiz deyir ki, son iki gündə hakimiyyət özünə xidmət edən müxalif seqmentlə 3-4 görüş keçirib. Buna görə də yaxın günlərdə növbəti anti-Rusiya təbliğatı aparılacaq ki, bütün məsuliyyət Rusiya sülhməramlılarının üzərinə atılsın”.
Kərim
Globalinfo.az














