mudir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri işdən çıxarılıb. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin müfaviq əmri ilə Bədəlov Emil Veysəl oğlu vəzifəsindən azad olunub.

O, ötən il sözügedən vəzifəyə təyin edilmişdi.

 

Paylaş: