mesud pezeshkian2

“İran prezidenti qonşu və region ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsini ölkənin prioriteti adlandırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Məsud Pezeşkian özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə müraciətində deyib.

O, İran və Özbəkistan arasında əlaqələrin bundan sonra da qarşılıqlı hörmət əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

İran prezidenti həmçinin qeyd edib ki, onun administrasiyasının xarici siyasətində əsas prioritet qonşu və regional dövlətlərlə, xüsusən də Özbəkistan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsidir.

Qeyd edək ki, Mirziyoyev Özbəkistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkəni idarə edən İslam Kərimovun vəfatından sonra, yəni 2016-cı ilin dekabrında hakimiyyətə gəlib.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

Paylaş: