Zelenskiyə xidmət edən dağıstanlılar kimlərdir?

Zelenskiyə xidmət edən dağıstanlılar kimlərdir?

Kikboksinq üzrə keçmiş məşqçi S. Murtazəliyev, eləcə də 2015-ci ildə qanunla bağlı problemlərə görə ölkəni tərk etmiş Əhməd Əhmədov Kiyevdə keçirilən “Qafqaz Xalqlarının Konfransı”nda çıxış ediblər. Onlar Zelenskini dəstəkləyərək Rusiyanı “Qafqaz xalqlarının işğalçısı” adlandırıblar.

Globalinfo.az xəbər verir ki, konfransda Əhməd Əhmədov Dağıstan Xalqları Konqresinin prezidenti kimi təqdim olunub. O, dağıstanlıları aktiv şəkildə Ukraynanın tərəfində döyüşməyə çağırıb və özünün də Rusiyaya qarşı vuruşduğunu etiraf edib.

Əhmədov Ukrayna ərazisinə qaçdıqdan sonra dəfələrlə ukraynalı millətçilərin “Youtube” kanallarında çıxış edib və Dağıstanı Rusiya tərəfindən işğal olunmuş ərazi kimi təqdim edib.

Qeyd edək ki, Əhməd Əhmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Bu maddələr arasında dövlət vəsaitinin oğurlanması, saxtakarlıq, etibardan sui-istifadə və təcavüz yer alıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az