Yeni tədris ili ərəfəsində Bakıda məktəb, ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları keçirilib-keçirilməyəcəyi müzakirə mövzusu olub.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu il də ötən il olduğu kimi, məktəbli yarmarkalarının keçirilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, pandemiyadan sonra Bakı şəhərində, əsasən metro stansiyaların giriş-çıxışında təşkil olunan məktəbli yarmarkalarının keçirilməsi dayandırılıb.














